Komitələr

Azərbaycan Xalq Parlamentinin (AzXP) komitələri parlamentin qanunvericilik, nəzarət və analitik fəaliyyətini həyata keçirən əsas işçi qurumlardır. Komitələr müxtəlif sahələr üzrə təkliflərin hazırlanması, sənədlərin işlənməsi və ictimai əhəmiyyətli məsələlərin araşdırılması məqsədi ilə yaradılır.

Komitələr AzXP Nizamnaməsinə uyğun olaraq formalaşdırılır və AzXP millət vəkilləri arasından seçilən üzvlərdən ibarət olur. Hər komitədə sədr, sədr müavini, katib və üzvlər müəyyən edilir.

Komitələrin əsas fəaliyyəti:
– qərar və sənəd layihələrinin hazırlanması
– ictimai və dövlət əhəmiyyətli məsələlərin araşdırılması
– insan hüquqları, sosial və iqtisadi sahələr üzrə monitorinq
– dövlət idarəçiliyi və siyasətə dair təkliflərin hazırlanması
– ekspert rəylərinin və analitik materialların təqdim edilməsi

Komitələr fəaliyyətlərini şəffaflıq, obyektivlik və xalqın maraqlarına xidmət prinsipləri əsasında həyata keçirir.

AzXP-nin komitələri

Hazırda AzXP strukturunda aşağıdakı komitələr mövcuddur və yeniləri də yaradıla bilər.

Hüquq və dövlət quruculuğu komitəsi – hüquqi islahatlar və idarəetmə modelləri.

İnsan Hüquqları Komitəsi – insan hüquqları, siyasi məhbuslar və fundamental azadlıqların müdafiəsi

İqtisadiyyat və Sosial Siyasət Komitəsi – sosial müdafiə, əmək hüquqları və sosial bərabərlik

Təhsil və Səhiyyə Komitəsi – təhsil, elm, innovasiya və mədəni irs

Siyasət (daxili və xarici siyasət üzrə) komitəsi.– xarici siyasətin prinsip və istiqamətlərinin müəyyənləşdirilməsi.

Xarici Əlaqələr Komitəsi – beynəlxalq əlaqələr və diplomatik fəaliyyət

Media və informasiya komitəsi – Parlamentin qəbul etdiyi sənədlərin yayılması, təbliğatı və Parlamentin rəsmi sytında yerləşdirilməsi.

Qarabağa Qayıdış Komitəsi– Qarabağın məskunlaşdırılması problemlərinin araşdırılması və həlli yollarının tapılması, bu proses üzərində ictimai nəzarətin təşkili.

Komitənin say tərkibi Xalq Parlamenti tərəfindən müəyyən edilir, lakin azı 5, çoxu 20 millət vəkilindən ibarət olmalıdır.

Komitələrin fəaliyyət prinsipləri:

-fikir müxtəlifliyi,
-siyasi plüralizm,
-aşkarlıq,
-əks fikirə dözümlülük,
-təşəbbüs müəllifinin təşkilatçılığına şərait yaradılması,
-qarşılıqlı yardım etmək,
-bilik və bacarıqların qarşılıqlı ötürülməsi,
-məsələlərin sərbəst müzakirəsi

Aşağıdakı “AzXP Komitələri” adlı bölmədə: hər komitənin tərkibi (üzvləri) haqqında məlumatlar, hesabatları və iclas protokolları ilə tanış ola bilərsiz.

AzXP komitələri

Komitələr AzXP-nin strukturunda xüsusi istiqamətlər üzrə fəaliyyət göstərən daimi orqanlardır. Burada komitələrin tərkibi və fəaliyyəti…

Davamı…

Azərbaycan Respublikası Xalq Parlamentinin komitələri cəmiyyətin ehtiyaclarına uyğun olaraq fəaliyyət göstərir və qəbul edilən bütün qərarlar xalqın iradəsinə əsaslanır.