Azərbaycan Xalq Parlamenti adından Azərbaycan Xalq Parlamentinin Millət Vəkili Zetov bəy Əliyevə
Hörmətli Zetov bəy,

Sizi doğum gününüz münasibətilə Azərbaycan Xalq Parlamenti adından səmimi-qəlbdən təbrik edirik!
Siz Azərbaycan Xalq Parlamentinin Millət Vəkili kimi üzərinizə düşən məsuliyyəti layiqincə yerinə yetirir, xalqın maraqlarının müdafiəsi, milli dəyərlərin qorunması və vətəndaş cəmiyyətinin inkişafı naminə ardıcıl və prinsipial fəaliyyət göstərirsiniz. İctimai-siyasi proseslərdə fəallığınız, mövqeyinizə sədaqətiniz və vətənpərvər yanaşmanız təqdirəlayiqdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, ictimai və siyasi fəaliyyətinizdə uğurlar və yeni nailiyyətlər arzulayırıq. İnanırıq ki, bundan sonra da Azərbaycan xalqına xidmət yolunda əzmlə və vicdanla fəaliyyətinizi davam etdirəcəksiniz.
Hörmətlə,
Azərbaycan Xalq Parlamenti Mətbuat Xidməti
