Xatirə xanım Cəbrayılovaya

Azərbaycan Xalq Parlamenti adından Azərbaycan Xalq Parlamenti Sədri Xatirə xanım Cəbrayılovaya

Xatirə Sabir qızı Cəbrayılova
Xatirə Sabir qızı Cəbrayılova

Hörmətli Xatirə xanım,

Sizi doğum gününüz münasibətilə Azərbaycan Xalq Parlamenti adından səmimi-qəlbdən təbrik edirik!

Siz Azərbaycan xalqının milli maraqlarının müdafiəsi, vətəndaş cəmiyyətinin inkişafı, hüquqi və demokratik dəyərlərin qorunması naminə prinsipial və fədakar fəaliyyət göstərirsiniz. Rəhbərlik etdiyiniz qurumun ictimai-siyasi nüfuzunun artmasında Sizin qətiyyətli mövqeyiniz, yüksək təşkilatçılıq qabiliyyətiniz və vətənpərvər fəaliyyətiniz xüsusi əhəmiyyət kəsb edir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, rəhbərlik etdiyiniz məsul və şərəfli fəaliyyətinizdə yeni nailiyyətlər və davamlı uğurlar arzulayırıq. İnanırıq ki, bundan sonra da Azərbaycan xalqına xidmət yolunda əzmlə və şərəflə fəaliyyət göstərəcəksiniz.

Dərin hörmət və ehtiramla,
Azərbaycan Xalq Parlamenti Mətbuat Xidməti

Oxşar yazılar